Azərbaycandan İslamiadada daha bir qızıl medal

00:36 17 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.

Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə göstərərək bütün rəqiblərini qabaqlayıb.

Qadın üzgüçü Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafədə batterflay üsulu ilə üzmədə yarımfinal mərhələsini 01:01.28 saniyə nəticə ilə birinci pillədə tamamlayıb və finala yüksəlib. O həm də İslamiada rekordu qırıb.  


Xəbər xətti