Güləşçimiz Kənan Heybətov dünya çempionu oldu

Sportarena.az      17 Avqust 2022 , 00:57

Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

70 kq çəki dərəcəsində yarışan idmançımız həlledici qarşılaşmada ABŞ təmsilçisi Miçel Mesenbrinki 13:7 hesabı ilə məğlub edib. Bu, Kənan Heybətovun karyerasında ilk dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin