İslamiada: Azərbaycan 72 medalla 4-cü sırada

10:41 17 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib. Medallardan 22-si qızıl, 28-i gümüş, 22-si bürünc əyarlıdır.
 
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.
 
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran 116 (37 qızıl, 35 gümüş, 44 bürünc) medalla qərarlaşıb.
 
Azərbaycan yığması medallarını 16 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), cüdo (1 qızıl, 3 gümüş, 1 bürünc) qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), atıcılıq (1 qızıl, 1 gümüş), üzgüçülük (1 qızıl, 1 gümüş) ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib. 


Xəbər xətti