AFFA milli komandalara yeni tərəfdaş tapdı

16:37 17 Avqust 2022

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “ASIA Motors” MMC “MG Motors Azerbaijan” arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müqaviləni qurumun baş katibi Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov imzalayıb.

Anlaşmaya əsasən, “MG Motors Azerbaijan” 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq. 


Digər xəbərlər

Xəbər xətti