İlon Maskın “Mançester Yunayted” zarafatı

18:00 17 Avqust 2022

Amerikalı milyarder İlon Mask “Mançester Yunayted”i almaq niyyəti ilə bağlı açıqlamasının zarafat olduğunu deyib. O, açıqlamasında bunları yazıb:
 
“Twitter”də yazdığım hər şey zarafatdır. Klub almayacağam. Lakin klub almağa qərar versəydim, “Mançester Yunayted”i seçərdim. Çünki uşaqlıqdan bəri sevimli komandamdır”.
 
“Mançester Yunayted” klubu 2005-ci ilin mayında onu satın alan və 2014-cü ilin mayında vəfat edən amerikalı iş adamı Malkolm Qleyzerin varislərinə məxsusdur.
 
Mask avqustun 17-də “Twitter” hesabında İngiltərə klubunu almağa hazırlaşdığını yazmışdı. 


Xəbər xətti