Azərbaycan İslamiadanı 99 medalla başa vurdu

21:59 18 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunları sona çatıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan İslamiadanı 99 medalla bitirərək 4-cü pillədəki yerini qoruyub.

Birinci pilləni Türkiyə, ikinci pilləni Özbəkistan, üçüncü pilləni isə İran tutub. 

Azərbaycan güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) medallar qazanıb. 


Xəbər xətti