Bakıda idman festivalı baş tutdu - FOTOLAR

Sportarena.az      30 Avqust 2022 , 10:37

“RM”İdman Klubu“ və Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının”, birgə təşkilatçılığı ilə "Dəmir Yumruq" devizi  altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir - idman festivalı baş tutub.
 

Sportarena.az saytına verilən məlumata görə, festivalda Braziliya Ciu-citsusu, kikboksinq və MMA idman növləri üzrə yarışlar keçirilib, müxtəlif çəki dərəcələri və yaş kateqoriyalarından 700-ə yaxın idmançı qatılıb. Yarışa başlamadan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və himnimiz səsləndirilib. 

 

Açılış sözü ilə çıxış edən Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov Laçının azad olunması münasibəti ilə xalqımızı təbrik edib. Acalov qeyd edib ki, bu festival həm də idman ictimaiyyətinin, qurumlararası həmrəyliyin bariz göstəricisidir.

 

Daha sonra söz "RM" İdman Klubunun icraçı direktoru Tural Cavadova verilib. O, Qarabağ zəfərinə həsr olunmuş yarışın devizinə uyğun olaraq Vətən uğrunda canlarından keçmiş oğulların xatirəsini yaşatmaq məqsədinin vacibliyini vurğulayıb. 

 

Turnirin açılışında iştirakçıları təbrik etmək üçün öz musiqi nömrələri ilə çıxış edən müğənnilər və rəqs qrupları tədbirə yüksək əhval-ruhiyyə qatıblar.

 

Qeyd edək ki, yarışlar iki gün davam edib. Əvvəlcə həvəsakar idmançılar öz güclərini sınayıb, növbəti gün isə peşəkar idmançılar arasında döyüşlər davam edib. Qaliblər medal, diplom və digər mükafatlarla təltif olunublar. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin