Vadjidən “Qarabağ”a vida mesajı - FOTO

17:34 30 Avqust 2022

"Sent-Etyen"ə (Fransa) transfer olunan  İbrahima Vadji ayrıldığı  "Qarabağ" və klubun azarkeşləri  ilə vidalaşıb.

Seneqallı hücumçu özünün  "İnstaqram" səhifəsindən klubla şəklini paylaşaraq bu sözləri yazıb: "Bütün "Qarabağ" ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və  bütün "Qarabağ" azarkeşlərinə salam! Bu, bir vida məktubudur. Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən bunu sizinlə üzbəüz deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də bu, insani keyfiyyətlər və peşə baxımında böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!".

Qeyd edək ki, Vadji bu gün "Sent-Etyen"lə 3 illik müqavilə imzalayıb. 



Digər xəbərlər

Xəbər xətti