"Leyptsiq"də yeni baş məşqçi

15:10 8 Sentyabr 2022

Almaniyanın "Leyptsiq" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisini Marko Rouz çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, son iş yeri Dortmund "Borussiya"sı olan Marko Rouz "Leyptsiq"in baş məşqçisi postunda dünən istefaya göndərilən Domeniko Tedeskonu əvəz edib. 


Digər xəbərlər

Xəbər xətti