Gürcü futbolçu İtaliyada ən yaxşı seçildi

Sportarena.az      10 Sentyabr 2022 , 10:22

İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu məlum olub.

 

Sportarena.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

 

Gürcü futbolçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.

 

Qeyd edək ki, Xviça Kvaratsxeliya "Napoli"yə yayda Batumi "Dinamo"sundan transfer olunub. 21 yaşlı vinger avqust ayında Neapol təmsilçisinin heyətində meydana çıxdığı 4 A Seriyası matçında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin