Azərbaycanın iki cüdoçusu İtaliyada gümüş medal qazandı

Sportarena.az      10 Sentyabr 2022 , 21:58
İtaliyanın Riççone şəhərində cüdo üzrə Açıq Avropa turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycanın 5 təmsilçisi tatami üzərinə çıxsa da, onlardan yalnız ikisinin çıxışı uğurlu alınıb.
 
60 kiloqram çəki dərəcəsində yarışan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Onun həlledici dueldəki rəqibi Salih Yıldız (Türkiyə) olub. Finalda uduzan idmançımız gümüş medalla kifayətlənib.
 
66 kiloqram çəki dərəcəsində yer alan Avropa çempionu Orxan Səfərov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. 31 yaşlı idmançı baş mükafat uğrunda Reda Sedduki (Fransa) ilə üz-üzə gəlib və məğlub olaraq gümüş medala layiq görülüb.
 
Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü iki gümüş medalla başa vurublar.
 
Azərbaycan yığması bu turnirə 13 kişi cüdoçu ilə qatılıb. Turnirdə 35 ölkədən ümumilikdə 376 (228 kişi, 148 qadın) idmançı qüvvəsini sınayır. Yarışa sentyabrın 11-də yekun vurulacaq. Sonuncu gündə daha 8 cüdoçumuz mübarizə aparacaq. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin