Azərbaycan cüdoçuları İtaliyada 6 medal qazandı

Sportarena.az      12 Sentyabr 2022 , 02:12

Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən Açıq Avropa turnirində 6 medal qazanıb.

Yarışa yollanan 13 idmançıdan 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc medala sahib olub.

Yeganə qızıl medalı 100 kq. çəki dərəcəsində Zelim Kotsoyev əldə edib. O, finalda Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyevi yenib. Mehdiyev isə gümüş medalla kifayətlənib.

Daha 2 gümüş medalı 60 kq.çəkidəki Rövşən Əliyevlə 66 kq-da Orxan Səfərov qazanıb.

Bürünc medallara isə 81 kq-da Səid Mollayi, eləcə də 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri və Camal Qamzatxanov sahib çıxıb.

Azərbaycan medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin