Güləşçimiz erməniyə qalib gələrək dünya üçüncüsü oldu - VİDEO

21:17 12 Sentyabr 2022

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

63 kq-da yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb. Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

***

Daha bir yunan-Roma güləşçimiz Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.

67 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə türkiyəli Murat Fırata 8:2 hesabı ilə qalib gəlib.

82 kq-da mübarizə aparan Rafiq Hüseynov isə bürünc medal qarşılaşmasında macarıstanlı Tamaş Levaya 1:3 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib. 

 

 


Digər xəbərlər

Xəbər xətti