Arda Turan karyerasını bitirdi

16:55 12 Sentyabr 2022

Türkiyə futbolçu Arda Turan karyerasını başa vurub.

Sportarena.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Aslıhan Doğan yutub hesabında paylaşım edib.

Doğanın paylaşdığı videoda Arda öz həyat yolu, karyerası haqqında məlumat verib və futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Arda Turan futbolçu karyerasına “Qalatasaray”da başlayıb. O, 2005-2011-ci illərdə çıxış etdiyi bu klubun heyətində 130 oyunda meydanda olub və 29 dəfə rəqib qapılarına yol tapıb. 2011-ci ildə isə o, Madrid “Atletiko”suna transfer olunur. Burada 5 il ərzində 128 dəfə oyuna çıxır və 14 dəfə rəqib qapıçıları məyus edir. 2015-ci ildə “Barselona”ya keçən Arda 36 dəfə İspan nəhənginin formasını geyinir, 5 dəfə qol vurmağı bacarır. 2018-ci ildə isə o, icarə əsasında “Başakşəhər” klubuna keçid edir. Burada 37 oyunda 2 qolla yadda qalır. 2020-ci ildə isə yetişdiyi “Qalatasaray”a geri dönür. Burada 2 il oynadıqdan sonra isə karyerasını başa vurub. 

Arda Turan 100 dəfə Türkiyə milli komandasının forması ilə meydana çıxıb. O, bu matçlarda 17 qolun müəllifi olub. 


Xəbər xətti