Atıcımız Ruslan Lunyov Avropa çempionu oldu

Sportarena.az      15 Sentyabr 2022 , 22:00

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub. 

Sportarena.az xəbər verir ki, beynəlxalq Atıcılıq İdman Federasiyasının “Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib. 

Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb. 

Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin