Qurban Qurbanov: “Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik”

22:52 15 Sentyabr 2022

“Çox maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm".

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlamasında deyib. 50 yaşlı mütəxəssis qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr etdiklərini söyləyib:

“Bu gün əlavə şəhidlərimiz oldu. Çox üzüldük. Belə bir gündə qalib gəlmək istəyirdik. Ona görə həyəcan var idi. Allah ordumuzu qorusun”.

Xatırladaq ki, “Qarabağ” bu gün Bakıda Fransanın “Nant” klubuna 3:0 hesabı ilə qalib gəlib. 


Digər xəbərlər

Xəbər xətti