Dünya çempionatı: Hacı Əliyev və daha 2 güləşçimiz üçün medal şansı

10:29 18 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsəlliverici görüşdə Beşir Alili (Şimali Makedoniya) ilə, 97 kq-dakı Maqomedxan Maqomedov Zbiqniev Baranovski (Polşa) ilə üz-üzə gələcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 18:30-dan başlayacaq.

65 kq-dakı 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev bürünc medal uğrunda yarışacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bilinəcək. Medal qarşılaşmalarına Bakı vaxtı ilə saat 20:00-dan start veriləcək. 


Digər xəbərlər

Xəbər xətti