Sərbəst güləşçilərimiz dünya çempionatını iki medalla başa vurdu

Sportarena.az      18 Sentyabr 2022 , 23:37

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsəlliverici görüşdə Beşir Alili (Şimali Makedoniya) ilə 5:1 hesabı ilə qalib gəlib. Lakin, o, bolqarıstanlı Georgi Vanqelova uduzub - 0:4

97 kq-dakı Maqomedxan Maqomedov Zbiqniev Baranovski (Polşa) ilə üz-üzə gəlib və 11:0 hesablı qələbə qazanb. O, üçüncü yer uğrunda qarşılaşmada iranlı Məhəmmədhüseyn Məhəmmədiana qalib gəlib - 6:4.

65 kq-dakı 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev bürünc medal uğrunda yarışda 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin