İspaniya çempionatı: "Atletiko" doğma meydanda "Real"la bacarmadı

Sportarena.az      19 Sentyabr 2022 , 02:43

İspaniya La Liqasında 6-cı tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha 5 qarşılaşma baş tutub.

“Vilyarreal” - “Sevilya” matçında qalib müəyyənləşməyib. “Osasuna” evdə “Xetafe”yə uduzubsa, “Betis” “Jirona”nı, “Real Sosyedad” “Espanyol”u məğlub yola salıb. Turun mərkəzi matçında isə “Real” Madrid derbisində “Atletiko” ilə qarşılaşıb və səfərdən qələbə ilə qayıdıb.

6 turdan sonra itkisiz irəliləyən yeganə komanda - “Real” 18 xalla zirvədə qərarlaşıb. “Barselona” 16 xalla ikincidir. 13 xalı olan “Betis” üçüncüdür. “Atletik” 13 xalla 4-cü, “Osasuna” 12 xalla 5-ci, “Vilyarreal” 11 xalla 6-cı, “Atletiko” isə 10 xalla 7-cidir.

İspaniya La Liqası
6-cı tur

Osasuna – Xetafe 0:2
Qol: J.İqlesias, 30. Sosa, 76.

Vilyarreal – Sevilya 1:1
Qol: Baena, 51 – O.Torres, 8.

Betis – Jirona 2:1
Qol: B.İqlesias, 15-pen; 71 – A.Martines, 7.

Real Sosyedad – Espanyol 2:1
Qol: Sörlot, 17. B.Mendes, 29 – Ekspozito, 19.

Atletiko – Real 1:2
Qol: Hermoso, 83 – Rodriqo, 18. F.Valverde, 36. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin