Azərbaycan boksçuları Serbiyadan 4 medalla qayıdırlar

Sportarena.az      19 Sentyabr 2022 , 15:00

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi 4 medalla başa vurub.
 
Hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda digər hindistanlı Vişvanat Sureşlə üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Babayev gümüş medala yiyələnib.
 
Yığmanın ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Ukraynalı Mikita Maliuta və qazaxıstanlı İvan Yermolenko üzərində qələbə qazanan boksçu finalda ukraynalı Aleksandr Zelinski ilə qarşılaşıb.
 
Görüşdə rəqib qalib gəldiyindən Əlizadə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
 
Beləliklə, yığma turniri 2 gümüş və 2 bürünc medalla başa vurub. Komandanın heyətində daha əvvəl Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin