Futzal millimiz Qazaxıstana uduzdu

00:10 20 Sentyabr 2022

Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan millisi yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, yığmamız Qazaxıstanla qarşılaşıb. Aktaudakı "Halyk Arena"da keçirilən görüşdə Azərbaycan 3:5 hesabı ilə uduzub. Millimizin qollarını 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurublar.

 

Qeyd edək ki, bu yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.

 

Qazaxıstan – Azərbaycan (1:3) 5:3

 Aktau, Halyk Arena. 

Hakimlər: Talqat Kosmukhambetov, Turekhan Tursumbayev, Roman Dzusov

Qollar: Edson, 12:38, 32:27, 39:07, Duqlas, 34:36, Albert Akbalıkov, 37:49  // Ramiz Çovdarov, 6:06, 15:28, Vilela, 11:04

Sarı vərəqə: Vilela, 27:11 


Digər xəbərlər

Xəbər xətti