Şuşada ilk beynəlxalq şahmat turnirinin açılışı olub

21:38 21 Sentyabr 2022

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Şuşadan və turnirdən bəhs edən videoçarx nümayiş olunub.

 

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və digər qonaqlar iştirak edirlər.

 

Açılış mərasimindən sonra yarışın püşkatma mərasimi baş tutub və ilk turun görüşləri keçirilib. İki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunan turnirdə doqquz ölkədən şahmatçılar rapid və blits üzrə yarışırlar. 


Digər xəbərlər

Xəbər xətti