Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ən yaxşılar sırasında qərarlaşıb

15:59 22 Sentyabr 2022

Avropa Liqasının rəsmi "Feysbuk" səhifəsi turnirin qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısını təqdim edib.

Siyahıda "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə də yer alıb. O, 2 oyunda 8 dəfə topu uzaqlaşdırıb. Bu nəticə ilə Bəhlul Hrvoye Miliçeviç (AEK), Krsitan Burgesslə ("Union" Belçika) birgə 3-5-ci bölüşdürür.

Birinci pillədə Ağdam təmsilçisinin qrup mərhələsindəki rəqibi Fransa "Nant"ının futbolçusu Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae (11) 2-cidir. 



Digər xəbərlər

Xəbər xətti