Riçard Almeyda Qazaxıstanla oyunu buraxacaq

02:10 23 Sentyabr 2022

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda cəzalı duruma düşüb. Sportarena.az xəbər verir ki, buna Braziliya əsilli yarımmüdafiəçinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan Slovakiya ilə səfər oyununda sarı vərəqə görməsi səbəb olub.
 
Cari mövsümdə ikinci dəfə xəbərdarlıq alan 33 yaşlı futbolçu Qazaxıstana qarşı qrupun son görüşünü buraxacaq. 


Xəbər xətti