“Real”ın futbolçusu Ançelottini ikiüzlü adlandırdı

19:35 23 Sentyabr 2022

“Real”ın yarımmüdafiəçisi Eden Hazard klubdakı mövqeyindən danışıb. O, ehtiyatda qalmasından narazı olduğunu deyib:
 
“Mən sadəcə futbol oynamaq istəyirəm. Lakin meydana nadir hallarda çıxanda çətin anlar yaşayıram.
 
Sizcə, Karlo Ançelotti mənə inandığını deyib, məni ehtiyatda saxlamaqla ikiüzlülük nümayiş etdirmir? Ondan bunu soruşmaq yaxşı olar”.
 
Belçikalı futbolçu bu mövsüm La Liqada 3 oyun keçirib və qol vurmayıb. 


Digər xəbərlər

Xəbər xətti