Fərid Qayıbov Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış oldu

Sportarena.az      24 Sentyabr 2022 , 09:58
Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhər stadionunda olub. Sportarena.az xəbər verir ki, naziri qarşılayan "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri İlqar Nadiri idman qurğusunun vəziyyəti ilə bağlı ətraflı məlumat verib.
 
İlqar Nadiri arenanın ərazisində Gəncə Futbol Akademiyasının tikintisinin davam etdirildiyini, işlərin ilin sonuna kimi başa çatdırılacağını bildirib. Nazir akademiyanın regionunda uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib.
 
İlqar Nadiri arenanın ərazisində müasir standartlara uyğun iki təbii örtüklü böyük meydanın salındığını da deyib. Fərid Qayıbov stadionun qəzalı vəziyyəti ilə maraqlanıb. 60 il öncə tikilən arenanın istimar müddətini başa vurduğu diqqətə çatdırılıb və təmirə ehtiyac duyulduğu qeyd olunub. Gənclər və idman naziri stadionun yenidən qurulması ilə bağlı hansı məbləğdə vəsaitin tələb olunduğu yöndə qiymətləndirilmə aparılması üçün müvafiq tapşırıqlar verib. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin