Millətlər Liqası: Azərbaycan Qazaxıstanı darmadağın etdi

21:52 25 Sentyabr 2022

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb. Canni De Byazinin çalışdırdığı yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçını keçirib.

C liqasının 3-cü qrupunda yer alan komandamız doğma meydanda qrup liderliyini təmin etmiş Qazaxıstan yığması ilə münasibətlərinə aydınlıq gətirib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibinə də ilk məğlubiyyəti yaşatmağa nail olub. Qələbə millimizi qrup ikinciliyini qorumasına da şərait yaradıb. 

Bu gün qrupun digər oyununda Slovakiya yığması evdə Belarus millii ilə qarşılaşıb. Bu oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.

UEFA Millətlər Liqası
C liqası, 3-cü qrup
25 sentyabr

Azərbaycan – Qazaxıstan 3:0
Qol: A.Maroçkin, 67-öz qapısına. F.Ozobiç, 74. A.Nuriyev, 90+1.
Qırmızı vərəqə: N.Alip, 36.
Baş hakim: Harm Osmers (Almaniya).
Bakı. “Dalğa Arena”.


Digər xəbərlər

Xəbər xətti