Mahir Emreli: "Üstün tərəf biz idik"

Sportarena.az      25 Sentyabr 2022 , 22:47

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son turunun oyununda Bakıda Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib.


Sportarena.az xəbər verir ki, matçdan sonra yığmanın hücumçusu Mahir Emreli "CBC Sport" kanalına açıqlama verib:

 

"Düşünürəm ki, oyun nəzarətimiz altında idi. Hardasa çatışmazlıqlar olurdu. Üstün tərəf biz idik. Rəqib 11 nəfərlə olanda da belə idi, 10 nəfərlə də. "Dinamo"da da zədədən yeni qayıtmışdım və tam optimal formamı bərpa edə bilmirdim.

Xalqımızın hər sahədə qələbəyə ehtiyacı var. Özüm də hazırlaşanda deyirdim ki, məğlub olsaq da, oyuna daxil olanda nəsə etməliyəm. Xalqımızın və şəhidlərimizin buna çox ehtiyacı var idi. Şəhidlər ölməz, vətən bölünməz!" 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin