Stolüstü tennisçilər Tiflisdən 5 medalla qayıdırlar

Sportarena.az      25 Sentyabr 2022 , 23:50
Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş “WTT youth contender Tbilisi” turnirinə yekun vurulub. Sportarena.az xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb.
 
11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.
 
15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.
 
Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutmuşdu.
 
Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin