“Fasilədən sonrakı ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır” - "Neftçi"nin baş məşqçisi

Sportarena.az      28 Sentyabr 2022 , 13:22

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Rumıniyadan olan 47 yaşlı mütəxəssis klubun rəsmi televiziyasına açıqlamasında oyun barədə inamlı olduğunu bildirib:

“Hamı matça hazırdır. Xüsusi hazırlıq keçməyi lazım bilmirəm. Motivasiya qarşılaşmanın daxilindədir. Çox vacib görüş olacaq”.

Rumıniyalı baş məşqçi çempionatdakı fasilə müddətində bütün futbolçularla birlikdə məşq edə bilmədiklərini xatırladıb: “Vato Arveladze hələlik tam hazır deyil. Gürcüstan millisinin düşərgəsində olan Solomon Kvirkveliya indi Bakıya çatıb. Eddi İsrafilov və Emin Mahmudov da bu gün hazırlıq prosesinə qoşulublar. Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq”.

Regekampf yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib: “Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonrakı ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər”. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin