“Olimpiakos”un futbolçusunun “Qarabağ”la oyunu buraxacağı dəqiqləşdi

Sportarena.az      30 Sentyabr 2022 , 12:22

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Olimpiakos"un zədəli futbolçusu Usseyn Banın qarşıdakı görüşlərdə meydana çıxıb-çıxmayacağı bəlli olub.

Sportarena.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, seneqallı müdafiəçi minimum 10 gün komandasına kömək edə bilməyəcək.

Belədə, Banın AL-in üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı matçda meydana çıxa bilməyəcəyi dəqiqləşib.

​"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin