“Olimpiakos” “Qarabağ”a qalib gələcək” - Azərbaycanda oynamış yunan futbolçu

Sportarena.az      30 Sentyabr 2022 , 12:59

Vaxtı ilə Azərbaycanda "Xəzər Lənkəran" forması geyinmiş Dimitris Sialmas Yunanıstan mətbuatına danışıb.

Hazırda ölkəsində “Aiyoy Anarqiroy” klubunda çıxış edən Sialmas Avropa Liqasının 3-cü turunun “Olimpiakos” – “Qarabağ” görüşü barədə fikirlərini bildirib.

Sabiq “Xəzər Lənkəran”lı matçdan gözləntiləri haqda bunları deyib: ““Olimpiakos” çox güclü komandadır. Ona görə də onların “Qarabağ”a qalib gələcəyini düşünürəm. Bəli, onların avrokuboklarda necə çıxış etdiyini bilirəm. “Olimpiakos” bir neçə futbolçu cəlb edib komandaya. Ona görə də onların güclü komanda olduğunu düşünürəm. Üstəlik onlar Avropa Liqasında artıq xallar toplamalıdı”.

Xatırladaq ki, təcrübəli hücumçu “Panionios”, “PAS Giannina” klublarında oynadıqdan sonra 2012-2013-cü illərdə “Xəzər Lənkəran” forması geyinib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin