“Qalatasaray” Arda üçün vida mərasimi keçirəcək

13:18 30 Sentyabr 2022

“Qalatasaray” sabiq futbolçusu Arda Turan üçün vida mərasimi təşkil edəcək. Bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun rəsmi “Youtube” kanalına açıqlama verib:
 
“Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada “Atletiko” və “Barselona” kimi komandalarda oynayıb. Çox vacib oyunçudur. Bu cür futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir”.
 
Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə “Qalatasaray”, “Manisaspor”, “Başakşəhər”, Avropada isə “Atletiko”, ”Barselona” kimi klubların formasını geyinib. 


Digər xəbərlər

Xəbər xətti