Dmitri Nazarovdan qol, komandasından ilk qələbə

14:02 1 Oktyabr 2022

Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ertsebirge" doğma meydanda "Meppen"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Nazarov 45+5-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

 

Xallarını 6-ya yüksəldən "Ertsebirge" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. 


Xəbər xətti