“Qarabağ”la oyunda harada səhv etdiyimizi bilirik” - AÇIQLAMA

16:00 1 Oktyabr 2022

Fransanın "Nant" komandasının qapıçısı Alban Lafon Fransa Liqa 1-də "Loryan"a 2:3, Avropa Liqasının qrup mərhələsində isə "Qarabağ" 0:3 hesabı ilə uduzduqları oyunlar barədə danışıb. 23 yaşlı qolkiper hər iki qarşılaşmada çox qol buraxdıqlarını xatırladıb:
 
“Bu matçlarda harada səhv etdiyimizi bilirik. Bu, müəyyən passivlikdən irəli gəlir. Müdafiədə bəzi aparıcı oyunçularımız yox idi. Hər şey ilk növbədə məndən başlayır. Müdafiə xəttinə daha çox kömək etməliyəm. Mövsüm yalnız ev matçlarından ibarət deyil. Səfərdə də qələbə qazanmağı bacarmalıyıq”.
 
“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti