"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

Sportarena.az      5 Oktyabr 2022 , 10:25
Almaniya çempionu “Bavariya” UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Münhen təmsilçisi qitənin ən nüfuzlu klub turnirində məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıb.
 
Sözügedən komanda son olaraq ötən gecə Plzen “Viktoriya”sını (Çexiya) 5:0 hesabıyla məğlub edib. Bu, münhenlilərin cari mövsümdəki ardıcıl 3-cü qələbəsidir.
 
Bu qələbə sayəsində “Bavariya” həm də Madrid “Real”ına (İspaniya) məxsus rekordu qırıb. Madrid təmsilçisi buna qədər ÇL-də 30 oyunluq məğlubiyyətsiz seriyaya malik idi. Almaniya nəhəngi artıq 31 oyunluq məğlubiyyətsiz seriya ilə “Real”ın uğurunu geridə qoyub.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin