“Qarabağ” və milli komanda bizi sevindirdi” - Fərid Qayıbov

Sportarena.az      5 Oktyabr 2022 , 15:10
“Sentyabr futbol azarkeşlərimiz üçün də sevindirici oldu”. Bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz qeydində yazıb.
 
O, "Qarabağ"ın və milli komandanın qələbə qazandığını xatırladıb: "Əvvəlcə "Qarabağ" Avropa Liqasının qrup oyununda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldi. Ardınca yığma komandamızın UEFA Millətlər Liqasında əvvəlcə Slovakiyada əzmkar qələbəsi, sonra isə Bakıda Qazaxıstanı məğlub etməsi bizi sevindirdi".
 
Nazir şahmat üzrə Avropa çempionatında müvafiq olaraq gümüş və bürünc medal qazanan Günay Məmmədzadə ilə Ülviyyə Fətəliyevanın tarixi uğura imza atdıqlarını bildirib: "Çünki indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. İki təmsilçimizin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur".
 
Qayıbov həm də Azərbaycan gimnastika tarixində də yeni səhifə açıldığını diqqətə çatdırıb: "Qrup hərəkətləri komandamız dünya çempionatında ilk dəfə bürünc medal qazandı. Cüdo üzrə gənclərdən ibarət komandamız da Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal əldə etdi". 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin