Beynəlxalq Boks Assosiasiyası Rusiya ilə bağlı qadağanı ləğv etdi

16:59 5 Oktyabr 2022

Beynəlxalq Boks Assosiasiyasının (İBA) Direktorlar Şurası Rusiya Federasiyası və Belarus boksçuları ilə bağlı əvvəlki qərarını dəyişdirib.

Sportarena.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. İBA bu ölkələrin idmançılarının təşkilatın bayrağı altında keçiriıən yarışlara buraxılması barədə qərar qəbul edib.  

Açıqlamada qeyd olunur ki, İBA qəti şəkildə inanır ki, siyasət idmana heç bir təsir göstərməməli və buna görə də bütün idmançılara bərabər münasibət sərgilənməlidir. 

Qeyd edək ki, hazırda İBA-nın prezidenti vəzifəsini rusiyalı Umar Kremlyev tutur.


Digər xəbərlər

Xəbər xətti