Şahruddin Məhəmmədəliyev: "Yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik"

18:33 5 Oktyabr 2022

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turunun oyununda səfərdə "Olimpiakos"un qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev açıqlama verib:

 

"Bura çox güclü rəqiblə oynamağa gəlmişik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. "Olimpiakos"un yaxşı futbolçuları və azarkeşləri var".

 

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti