FİFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

Sportarena.az      5 Oktyabr 2022 , 19:06
FİFA Türkiyənin “Bursaspor” klubuna transfer qadağası qoyub. Buna hazırda 2-ci liqada çıxış edən Bursa təmsilçisinin müqavilə şərtlərini yerinə yetirməməsi və oyunçulara olan borcunu tam ödəməməsi səbəb olub.
 
Həmin oyunçuların arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov da var. Ali futbol qurumu klubu xorvatiyalı futbolçu Luka Tsapanın şikayəti əsasında cərimələyib. Ələskərov və Tsapanla yanaşı, Tim Matav və Regi Ofosunun da müqaviləsindəki öhdəliklər yerinə yetirilməyib. Qərara əsasən, "Bursaspor" qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.
 
Xatırladaq ki, Namik Ələskərov “Bursaspor”dan ayrıldıqdan sonra bu yay “Sabah” klubuna keçib. O, 2021/2022 mövsümündə Türkiyə klubunun formasını geyinib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin