“Olimpiakos” “Qarabağ”la oyun üçün 22 futbolçu seçdi

01:08 6 Oktyabr 2022

"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin üçüncü turunda "Qarabağ"a qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsini açıqlayıb.

Sportarena.az xəbər verir ki, Yunanıstan klubu Ağdam təmsilçisi ilə matç üçün 22 futbolçu sifariş edib:

Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis

Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges

Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək. 


Xəbər xətti