“Qarabağ” Avroliqanın ən az qol buraxan komandaları sırasında qərarlaşıb

10:19 14 Oktyabr 2022

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turundan sonrakı bəzi statistik göstəricilərini açıqlayıb.

Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi “Qarabağ” turnirdə ən az qol buraxan komandalar sırasında yer alıb. Ağdam təmsilçisi 4 oyuna 2 qol buraxıb. Bu göstəricidə onlar qrup mərhələsində mübarızə aparan 32 komanda arasında 4-5-ci yeri bölüşdürür. İlk üç pillədə “Real Sosyedad”, “Arsenal” və “Frayburq” (hərəyə bir 1 qol) qərarlaşıb. 4-cü pillədəki PSV və 6-cı yeri tutan “Union Berlin” də 2 qol buraxıb. Yarışda öz qapısında ən çox qol görən komanda isə “Sürix”dir (14 dəfə).

“Qarabağ” ən çox qol vuran komandaların sırasında isə 7 qolla 10-cu yeri tutur. Bu göstəricidə lider 12 qolla “Feyenoord”dur.


Xəbər xətti