Luka Modriç Burak Yılmaza məxsus rekordu yenilədi

12:22 3 Noyabr 2022

İspaniyanın “Real” komandasının yarımmüdafiəçisi Luka Modriç Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazın UEFA Çempionlar Liqasındakı rekordunu yeniləyib. Xorvatiyalı futbolçu buna ÇL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində Şotlandiyanın "Seltik" komandası ilə ev oyununda penaltidən fərqlənməklə nail olub.
 
6-cı dəqiqədə adını tabloya yazdıran Modriç turnirdə 11 metrlik cərimə zərbəsindən qol vuran ən yaşlı oyunçu ünvanını ələ keçirib. Təcrübəli futbolçu penaltini dəqiq yerinə yetirərkən 37 yaş 54 günlüyündə olub. Burak Yılmazda isə bu göstərici 36 yaş 244 gündür.
 
“Real” bu oyunda “Seltik”i 5:1 hesabıyla məğlub edib. 


Digər xəbərlər

Xəbər xətti