"Qarabağ"ın səhv addım atacağına ümid edirdik" - AÇIQLAMA

Sportarena.az      6 Noyabr 2022 , 12:16

"Qarabağ"ın səhv addım atacağına ümid edirdik".

Bunu "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın "Nant" komandasının futbolçusu Mussa Sissoko klubun rəsmi saytına müsahibəsində deyib.

33 yaşlı yarımmüdafiəçi G qrupunu yaxşı pillədə başa vurmaq istədikləri və buna nail olduqlarını xatırladıb: "Frayburq" "Qarabağ"a qarşı sonadək oynadı və artıq öz işimizi görməli idik. Böyük sevinc yaşadıq. Ümid edirəm ki, bu, bizə daha çox inam verəcək".

Fransalı təcrübəli oyunçu heyətdə gənclərin çoxluq təşkil etdiyini söyləyib: "Nailiyyətdən zövq alırıq. Şəhər uzun müddət klubun avrokuboklarda çıxışını gözləyib".

Qeyd edək ki, VI turda Almaniyanın "Frayburq" komandası ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Avropa Liqası ilə vidalaşıb. Ölkə çempionu UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin