"Qarabağ"ın "Gent"lə matçlarının başlama saatı dəqiqləşdi

11:14 9 Noyabr 2022

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la "Gent" (Belçika) arasında keçiriləcək matçların başlama saatı dəqiqləşib.

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda keçiriləcək ilk matç saat 21:45-də start götürəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Fevralın 23-də Gentdə keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti