"Qarabağ" möhkəm komandadır" - "Gent"in baş məşqçisi

Sportarena.az      9 Noyabr 2022 , 12:35

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Gent”in baş məşqçisi Heyn Vanhazebruk püşkü dəyərləndirib.

Belçikalı mütəxəssis yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinin çətin rəqib olduğunu bildirib:

“Səkkiz mümkün rəqibdən heç birini düşünmürdüm. Çünki burada asan rəqib olmur. “Qarabağ” da çətin rəqibdir. Təsadüfi deyil ki, az qala Çempionlar Liqasında qrup mərhələsinə adlayırdılar.  Polşa çempionu “Lex”i mübarizədən kənarlaşdırdılar, sonra İsveçrə çempionu “Sürix”i keçdilər. Daha sonra da Macarıstan çempionu “Ferentsvaroş”u məğlub etdilər.

“Viktoriya” ilə matçlarda göz oxşayan oyun sərgilədilər. Deməli, möhkəm komandadır. Amma dediyim kimi, mənim gözümdə rəqiblərin hamısı eynidir və asan olanı yoxdur”.

Vanhazebruku uzaq Bakı səfəri də narahat etmir: “Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik".

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin