İspaniya millisinin futbolçusu DÇ-2022 öncəsi zədələndi

14:07 - 17 Noyabr 2022 - İspaniya

İspaniya millisinin müdafiəçisi Xose Luis Qaya zədələnib.

Sportarena.az "AS" nəşrinə istinadən xəbər verir ki, dabanından zədələnən 27 yaşlı müdafiəçi 2022-ci il dünya çempionatını buraxmaq təhlükəsi ilə üz-üzə qalıb.

Millinin tibbi heyəti onunla bağlı bu gün qərarını verəcək.

Qaya mundialda iştirak edə bilməsə, onu “Barselona”nın müdafiəçisi Alexandro Balde əvəzləyəcək.  

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin