DÇ-2022: Səudiyyə Ərəbistanı Argentinaya qalib gəldi, Fransa qələbə qazandı - YENİLƏNİB

01:01 23 Noyabr 2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə start verilib. Günün ilk qarşılaşması C qrupunda baş tutub. Mundialın favoritlərindən hesab olunan Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Bu qrupun digər matçında Meksika yığması Polşanı sınağa çəkib.

D qrupunda Danimarka seçməsi Tunislə, Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirib.

Dünya çempionatı
22 noyabr
C qrupu

14:00. Argentina - Səudiyyə Ərəbistanı 1:2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Lusail" stadionu

20:00. Meksika – Polşa 0:0
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974"

D qrupu
17:00. Danimarka – Tunis 0:0
Baş hakim: Sesar Arturo Ramos
"Edyukeyşn Siti" stadionu

23:00. Fransa – Avstraliya 4:1
Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)
"Əl-Canub" stadionu


Xəbər xətti