"Mançester Yunayted" Ronaldo ilə müqaviləni ləğv etdi

21:46 22 Noyabr 2022

İngiltərənin "Mançester Yunayted" klubu Kriştiano Ronaldo ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 37 yaşlı hücumçu ilə yollarını ayırıb. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

 

Portuqliya millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Kriştiano Ronaldo bir neçə gün öncə "The Sun" nəşrinə müsahibəsində "Mançester Yunayted" rəhbərliyini və komandanın baş məşqçisi Erik ten Haqı sərt şəkildə tənqid etmişdi. 


Digər xəbərlər

Xəbər xətti