Azərbaycan Kuboku: Daha 3 komanda 1/4 finala yüksəldi - YENİLƏNİB

18:54 23 Noyabr 2022

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha üç görüşü keçirilib.

Sportarena.az xəbər verir ki,  "Zirə" "Mingəçevir"in qonağı olub. "Sumqayıt" isə səfərdə "Kəpəz"lə üz-üzə gəlib.

Günün son matçı Masazırda oynanılıb. "Sabah" birinci divizion təmsilçisi olan "Qaradağ Lökbatan"la üz-üzə gəlib. 

"Səbail", "Turan Tovuz" və "Qəbələ" dünən adlarını 1/4 finala yazdıra bilib. 
 

Azərbaycan Kuboku
1/8 final mərhələsi

23 noyabr (çərşənbə)


14:00 “Mingəçevir” – “Zirə” 0:2

Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)


14:00 “Kəpəz” – “Sumqayıt” 1:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)


17:00 “Sabah” – “Qaradağ Lökbatan” 5:0 
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Babək Quliyev
“Bank Respublika Arena”, 17:00 (canlı/ “CBC Sport”)


Xəbər xətti